Uşaqlarda boy qısalığı

Uşaqlarda böyümə sürətinin 2-3 yaşlarında ildə 8 sm-dan, 3-4 yaşlarında ildə 7 sm-dan, 4-9 yaşlarında isə ildə 5 sm-dan az olması, həmçinin ana və atanın boyuna görə uşağın boyunun daha qısa olması “boy qısalığı” olaraq bilinir. Boy uzanmasının birdən dayanması da bəzi xəstəliklərin əlaməti ola bilər. Belə bir vəziyyətlə qarşılaşdıqda həkim müayinəsi və laborator dəyərləndirmə zəruri ola bilər.

Boy qısalığının səbəbləri:

  • Genetik səbəblər, yəni ana-atanın boyunun qısa olması;
  • Ana südünün kifayət qədər verilməməsi;
  • Qeyri-müntəzəm və qeyri-kafi qidalanma;
  • Ağır infeksion xəstəliklər;
  • Xroniki xəstəliklər zamanı istifadə olunan bəzi dərman preparatları;
  • Hormonal pozğunluqlar (böyümə hormonu əksikliyi - somatotrop və s.);
  • Hər keçən gün yetkinlik yaşının düşməsi səbəbindən yetkinliyə erkən girilməsi.


Qidalanma və idmanın boy uzanmasına təsiri necədir?

İnkişaf edən cəmiyyətlərdə həyat tərzinin, sağlam və balanslı qidalanmanın boy artımındakı əhəmiyyətli faktorlardan biri ola biləcəyi ifadə edilir. Struktur xüsusiyyətlər genlərin quruluşundakı dəyişikliklərlə birgə nəsildən nəslə köçürülür. Bu səbəblə genetik kodlar fərdin boyunu təyin edən ən əhəmiyyətli faktorlardır.

İdmanla məşğul olmaq boyu uzada bilərmi?

Boy uzanmasına basketbol və üzmə kimi müxtəlif idman növlərinin müsbət təsiri olduğu düşünülür. Buna qəti bir sübut olmasa da mütəxəssislər idmanla məşğul olmağın bədənin sağlam inkişafına töhfə verərək boy uzanmasına müsbət təsir etdiyini bildirirlər. Lakin unutmaq olmaz ki, hər idman boy uzatmır. Məsələn, ağır atletika, güləş və bu qəbil idman növləri sümük uclarındakı böyümə vallarına təzyiq göstərdiyi üçün boy uzanmasını yavaşlatdığı güman olunur.