
Uşaqlarda diş çıxartma
Uşaqlarda diş çıxartma prosesi nə zaman başlayır?
Uşaqlarda ilk diş (orta alt kəsici diş) təxminən 5-7 aylıq olduqda çıxmağa başlayır. Bəzən isə bu proses 14-18 aya qədər gecikərək bəzi həkimlərin yanlışlıqla D vitamini çatışmazlığı diaqnozu qoymasına və yüksək dozada ampul (150.000BV və ya 300.000BV) şəklində müalicə yazmalarına yol açır. Tamamilə yanlış olan bu addım gec çıxan dişlərə və hipotiroezə səbəb ola bilər.
Uşaqlarda süd dişlərinin çıxması təqribən 3 yaşınadək davam edir. 3 yaşa çatdıqda üst və alt çənədə hər birində 10 olmaqla, ümumilikdə 20 diş mövcud olur. 5-6 yaşdan etibarən orta alt kəsici dişlərdən başlayaraq süd dişləri tökülür, yerinə daimi dişlər çıxır.
Bəs uşaqlar diş çıxaran zaman onlara necə yanaşaq?
Dişətində əmələ gələn qaşıntı, ağızdan çoxlu selik (su) gəlməsi və ağrı səbəbilə uşaqlarda narahatçılıq görünür. Bundan əlavə, uşaqlarda bədən tempraturunun artması, iştahsızlıq, yuxusuzluq, diş ətlərində qızarıqlıq və sairə göstəricilər ola bilər. Unutmayın ki, körpədə bədən tempraturu çox olar və diskomfort yaranarsa pediatr müayinəsi mütləqdir.