Körpələrdə göbək təmizliyi necə olmalıdır?
Bildiyimiz kimi körpə doğulduqdan sonra təxminən 10 günə uşağın göbəyi düşür.Bu zaman biz göbək düşənə qədər ona düzgün qulluq etməliyikki omfalit(göbək iltihabı) əmələ gəlməsin.Bunun üçün göbək klemplə birlikdə pampersin üstündə quru şəkildə saxlamaq yetərli olacaqdır.Göbəyə antiseptik olaraq 70%lik etil spirti vurmaq yetərli olacaqdır.Betadin(yod tərkibli antiseptiklərin) istifadəsi vəya antibiotik kremlərin istifadəsi qadağandır.Çünki betadin vəya yod məhsulları uşaqlarda keçici hipotiroez yarada bilər buda uşaqlarda İQ azlığından tutmuş bir çox səbəbə gətirib çıxarır.Körpənin göbəyi 2 həftədən sonra düşərsə,pis qoxu gələrsə,ətrafında qızarıqlıq olarsa pediatr tərəfindən dəyərləndirilməsi uyğundur.