Körpələrdə alt təmizliyi necə olmalıdır?
Yenidoğulmuş körpələrin dəriləri çox həssas olduğu üçün hər bez dəyişmədə biz pişməcə yaranmasın deyə diqqətli olmalıyıq.Təmizlik zamanı nəm salfetkalardan istifadə etmirik(üzərində uşaq üçün yazılsa belə) onun yerinə böyük makyaj pambıqlarından istifadə edirik.Əgər nəm salfetkadan istifadə etmək məcburiyyətində qalırsınızsa sildikdən sonra iliq su ilə yuyub qurulamaq lazımdır.Pişməcə olan dəri hissəsinə nəm salfetka istifadəsin qəti şəkildə məsləhət görmürük.Hər təmizləmədən sonra yaxşı silib qurulayırıq.Çünki dəri uzun müddət nəm,isti və havasız qaldıqda dərinin bütünlüyü pozulur pampers dəriynən sürtünür bu zaman uşaqlarda pişməcə əmələ gəlir.Bu hal körpədə çox diskomfort yaradır.