
Körpənin ağlamağı heç də həmişə onun ac olması mənasına gəlmir. Bəzən körpə sadəcə qucağa, sevgiyə, qayğıya ehtiyyac duyur.
Bəs körpənin doymasını hansı əlamətlərdən anlaya bilərik?
Burada diqqət etməli olduğumuz ilk məqam körpənin çəki artımıdır. Yəni, həftəlik 100-150, ayda 500-600 qram kilo artımının olması ana südünün körpə üçün yetərli olduğunu göstərir. Bundan əlavə, gün ərzində 5-6 dolu bez dəyişimi də uşağın yetəri qədər qidalanmasının göstəricisi hesab oluna bilər.
Sadalananlarla bağlı problemlə üzləşdikdə həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.